Sosial

Bazarda kişi bacısını güllələdi

Metbuat.az

Xırdalan şəhərində bazarda kişi bacısını güllələyib.



Abşeron rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bazarda işləyən 1965-ci il təvəllüdlü Aybəniz İbrahiməli qızı Lətifova ayağından güllə yarası alıb.



Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.



Araşdırmalar zamanı məlum olub ki, onu qardaşı, 1963-cü il təvəllüdlü Nadir İbvrahiməli oğlu Abduləliyev güllələyib.



Bacısını güllələyən qardaş saxlanılıb.



İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.



Faktla bağlı polis şöbəsində araşdırma aparılır.

Mənbə
ANS PRESS