İqtisadiyyat

“Bank of Baku” “Bolkart” sahibləri üçün nağdlaşdırma kampaniyası keçirir

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

“Bank of Baku” Novruz bayramında “Bolkart” sahiblərinin nağd pula olan ehtiyaclarını ödəmək məqsədilə nağdlaşdırma kampaniyası keçirir.


Bankdan

AZƏRTAC

-a bildiriblər ki, martın 18-19-da kartdan pul çıxaran Bolkart sahibləri, mayın 10-dək əlavə xərcsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı 4 faizdir. Nağdlaşdırma üçün maksimal məbləğ 500 manat təşkil edir. “Bolkart”ı nağdlaşdırmaq üçün “Bank of Baku”nun istənilən bankomatına müraciət etmək olar.