Şou

"Baku" jurnalı "Bizimkilər"dən yazdı (FOTO)

Metbuat.az

"Bizimkilər" Rusiyanın məşhur "Baku" jurnalında.



ANS PRESS-in məlumatına görə, ANS şirkətinə məxsus "Bizimkilər" layihəsi haqqında məşhur jurnalın mart buraxlışında geniş məqalə dərc edilib. Rusiyada yaranan böyük maraq jurnalı bu addımı atmağa sövq edib.



Belə ki, səfər çərçivəsində onlar layihənin müəllifi və yaradıcı heyəti ilə görüşüblər. Jurnalın yaradıcı heyəti Muğam Mərkəzində "Bizimkilər" layihəsinin üzvləri ilə maraqlı fotosessiya ediblər. Fotosessiyanı Almaniyadan bu layihə üçün xüsusi olaraq dəvət edilmiş fotoqraf Sebastyan edib.



Jurnalın layihəsində "Bizimlilər"in hazırladığı beş mahnıya üstünlük verilib. Bunlar Michael Jackson, Ray Charles, Müslüm Maqomayev, Chuck Berry, U2-nin ifalarıdır.



Jurnalda tarzən, xalq artisti Ramiz Quliyev, Kamilə Şahmalıyeva, layihənin müəllifi Seyfulla Mustafayev, musiqi rəhbəri Yaşar Baxışın layihə haqqında fikirləri işıqlandırlıb, onlardan müsahibələr alınıb.



Qeyd edək ki, layihənin müəllifi Seyfulla Mustafayev, musiqi rəhbəri Yaşar Baxış, baş redaktoru Samirə Səfərəliyeva, prodüsseri isə Aynur Hüseynovadır.



Xatırladaq ki, "Bizimkilər" layihəsinin ilk buraxlışı "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycana gələn turist və qonaqların diqqətini cəlb etmək məqsədilə hazırlanıb.



“Bizimkilər” layihəsində bütün dünyaya məşhur olan estrada və klassik hit mahnılar, musiqi alətlərimizin və muğam ifaçılarımızın köməyi ilə müasir improvizasiyada ifa edilir. Dünya hit paradlarında yüksək pillələrdə qərarlaşan məşhur ulduzların ifa etdiyi mahnılar ney, tütək, balaban, qaboy, zurna, zəm zurna, klarnet, ud, nağara, qoşa nağara, qarmon, kamança, həmçinin qanun, violençel, skripkada ifa edilib.



Qeyd edək ki, "Baku" jurnalının baş redaktoru Azərbaycan Prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyevadır.











Mənbə
ANS PRESS