Sosial

Bakıya sulu qar yağdı

Metbuat.az
Bu gün Bakının bəzi ərazilərində və Sumqayıtda sulu qar yağıb

Bunu

Trend

-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu

Asif Verdiyev

deyib.



Onun sözlərinə görə, bu gün səhər saatlarında Bakının Maştağa qəsəbəsində və Sumqayıtda sulu qar yağıb. Lakin qarın yağması uzun müddət müşahidə edilməyib və yağıntı yağışla əvəzlənib.



A.Verdiyev bildirib ki, Maştağa və Sumqayıta sulu qarın yağması halı anomal hesab edilə bilməz və belə hava şəraiti mart ayı üçün xarakterikdir. Ötən il martın 30-da axşam və martın 30-dan 31-nə keçən gecə də Bakıda sulu qar yağıb.



Milli.Az