İqtisadiyyat

Bakının Şəmsi Bədəlbəyli küçəsində təmir işləri davam etdirilir

Metbuat.az

Bakı, 27 mart,

AZƏRTAC

Bakının Şəmsi Bədəlbəyli küçəsində təmir işləri davam etdirilir.


Bu barədə

AZƏRTAC

-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Bildirilib ki, bu gün səhər yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Axşam saatlarınadək Rəşid Behbudov küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyədək olan hissəsdə bu iş yekunlaşacaq. Yaxın iki gün ərzində küçədə nəqliyyatın hərəkəti təmin olunacaq.