Sosial

Bakının mərkəzində üfunət iyindən dayanmaq olmur - FOTO

Metbuat.az
Bakının mərkəzi küçələrinin birində zibil qoxusundan baş çatlayır

Milli.Az-a göndərilən məktubda deyilir ki, Nizami küçəsi 191 ünvanında uzun zamandır zibil təmizlənmir.



Qeyd olunan küçəyə qoyulan zibil qutuları isə zibilin çoxluğundan aşıb-daşır.



Məsələ ilə bağlı öncə Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirdilər ki, qeyd olunan ünvan Nəsimi rayonuna baxır.



Nəsimi rayonudan isə Nizami küçəsi 191 ünvanının onlara aid olmadığını bildirərək Yasamal rayonuna müraciət etməyimizi istədilər. Son ümid yeri Yasamal Rayon İcra Hakimiyyəti olsa da, o da boşa çıxdı.



Gülər
Milli.Az