Sosial

Bakının mərkəzində cinayət

Metbuat.az

Bakının Nəsimi rayonunda kinoteatrda oğurluq edən şəxs saxlanılıb.



Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.



Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 23-də saat 21 radələrində Bülbül prospektində yerləşən kinoteatrda Bakı şəhər sakini Ceyhun Nəbiyevin mobil telefonu masanın üzərindən oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, 1979-cu il təvəllüdlü Ramin Vaqif oğlu Tağıyev tutulub.



Faktl bağlı araşdırmalar davam etdirilir.

Mənbə
ANS PRESS