Sosial
Gülər
Milli.Az
Bakının mərkəzi küçəsi bağlıdır - FOTO
Bakının mərkəzi küçəsi bağlanıb. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Milli.Az-a verilən məlumata görə, Dilarə Əliyeva küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq Azadlıq prospektinin Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsindən 28 May küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Puşkin küçəsindən istifadə etmələri tövsiyə olunur.
Gülər
Milli.Az