Sosial

Bakının mərkəzi küçələrindən biri yenilənir - FOTO

Metbuat.az
Paytaxtın Nizami küçəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir

Bunu

Trend

-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi

Pünhan Mürsəliyev

deyib.



Onun sözlərinə görə, paytaxtın mərkəzində, Nizami küçəsinin Fikrət Əmirov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər, daha sonra Azadlıq prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində köhnə asfalt-beton örtüyünün qaşınması və yenisinin döşənməsi işləri başa çatıb:



“Hazırda Nizami küçəsinin asfalt-beton örtüyünün yeniləndiyi hər iki hissəsində kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilir. Bu işlər qurtaran kimi küçənin ümumilikdə xətlənməsinə başlanılacaq”.



Milli.Az