İqtisadiyyat

Bakının iki rayonunda və Şəmkirdə təbii qaz təchizatı məhdudlaşdırılıb

Metbuat.az

Bakı, 4 mart,

AZƏRTAC

Daşıyıcı qaz kəməri üzərində tənzimləyicinin quraşdırılması və yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar martın 4-də saat 10-dan 16-dək Şəmkir, saat 10-dan işlər başa çatanadək isə Bakının Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


Bu barədə

AZƏRTAC

-a “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.