Sosial

Bakının bir neçə məktəbində şagirdlərə köhnə məhsullar satılır

Metbuat.az

Bakının bir neçə məktəbində şagirdlərə vaxtı keçmiş məhsulların satıldığı aşkar edilib.

Lent.az

-ın məlumatına görə, Səhiyyə Nazirliyinin “Tibb” qəzetinin əməkdaşlarının apardığı araşdırma nəticəsində bu fakt ortaya çıxıb.



Nəsimi rayonu 54 saylı məktəbdə araşdırma aparılarkən məlum olub ki, məktəbin bufetində 6 ədəd vaxtı keçmiş ayran məhsulu satılır. Bundan başqa, məktəb bufetində məhsulların əksəriyyətinin uyğunluq və gigiyenik sertifikatlarının vaxtı keçib. 



Nərimanovda yerləşən "Ankara məktəbi" məktəb-liseyində də acınacaqlı fakt aşkarlanıb. Belə ki, bufetdə 15 ədəd vaxtı keçmiş vafli və rulet aşkarlanıb. Burada da məhsulların (bir-ikisi istisna olmaqla) əksəriyyətinin uyğunluq və gigiyenik sertifikatlarının vaxtı keçdiyi məlum olub.



Milli.Az