Sosial
Milli.Az
Bakının "20 Yanvar" dairəsi genişləndirilir
Paytaxtın "20 Yanvar" dairəsi adlanan ərazisində genişləndirmə işlərinə başlanılıb
Bunu
Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi
Pünhan Mürsəliyevdeyib.
Onun sözlərinə görə, Alı Mustafayev küçəsinin Cavadxan küçəsi ilə kəsişməsində yerləşən yol ötürücüsündən gələn nəqliyyat vasitələri "20 Yanvar" ərazisinə daxil olan zaman müəyyən sıxlıqla qarşılaşırdı. Bunu nəzərə alaraq həmin ərəzidə yerləşən üçbucaq şəklində olan təhlükəsizlik adaları götürülərək genişləndirmə işlərinə start verilib.
Bundan əlavə, P.Mürsəliyev qeyd edib ki, həmin hissədə hündürlüyü 50 sm olan təkərqaytaranlar mərmər səki daşları ilə əvəzlənəcək. Eyni zamanda, avtobus və taksi dayanacaqlarının da genişləndirilməsi planlaşdırılır.
Milli.Az