Sosial

Bakıdakı sirli çadırın sirri (FOTO)

Metbuat.az

Bakıda sirli çadırların qurulma səbəbi məlum olub.



Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırovun ANS PRESS-ə verdiyi məlumata görə, çadırlar satış məqsədi üçün qurulub.



“Bu gün səhər saatlarında metronun bəzi stansiyalarının qarşısında bayram yarmarkaları təşkil olunub. Qurulan bu çadırlarda yarmarkalar keçiriləcək. Yarmarkalarda kənd təsərrüfatı məhsulları satılacaq. Əhalinin rahatlığını təmin etmək üçün yaradılan kiçik yarmarkalarda Novruz bayramında tələbatın çoxaldığı məhsullar satılacaq”, - deyə Əliabbas Bağırov bildirib.



Qeyd edək ki, bu gündən etibarən əhalinin çox gedib-gəldiyi yerlərdə, əsasən metrostansiyalarına yaxın ərazilərdə bayram yarmarkaları təşkil olunub. Kiçik çadırlarda təşkil olunan bayram yarmarkalarında kənd təsərrüfatı məhsulları satılacaq. Bu gün səhər saatlarından etibarət “Elmlər Akademiyası” və “İçərişəhər” stansiyalarına yaxın iki çadır qurulub.









Mənbə
ANS PRESS