Sosial
Milli.Az
Bakıda yol polisi idarəsinin yanından keçəndə ehtiyatlı olun
"Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yanındakı yolda təmir işləri aparılır"
Bunu
Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki
Vaqif Əsədovdeyib.
Bölmə rəisinin sözlərinə görə, paytaxtın Mikayıl Müşfiq küçəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati binasının yanından “maşın bazarı”nadək olan hissəsində yolun genişləndirilməsi işləri aparılır. Bu səbəbdən həmin ərazidə yolun nisbətən daralması və nəqliyyatın sıxlığı yaşanır:
“Ona görə də paytaxtın “Qurd qapısı” dairəsindən Mikayıl Müşfiq küçəsi ilə 3-cü kənar dairəvi yol istiqamətində hərəkət edən sürücülərdən diqqətli olmaları, ara məsafəsini saxlamaları xahiş olunur”.
Milli.Az