Sosial
Bakıda yaşayış binasında yanğın olub
Bakı. 18 mart. REPORT.AZ/ Bakı şəhərində yaşayış binasında yanğın baş verib.
"Report"un
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 4 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.