Sosial

​Bakıda və Biləsuvarda yanğın olub

Metbuat.az

Bakı. 28 mart. REPORT.AZ/ Axşam saatlarında Bakıda və Biləsuvarda yanğın hadisələri baş verib.


"Report"

Fövqəladə Hallar Nazirliyi

nə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları, Binəqədi rayonunda isə vətəndaşa məxsus 4 otaqlı mənzilin hamam otağında lambirdən ibarət tavanı və divar üzlüyü yanıb.


Mənzillərin qalan hissələri yanğından mühafizə olunub.


Biləsuvar rayonunda baş verən digər hadisədə vətəndaşa məxsus birmərtəbəli 2 otaqlı evin zirzəmisində 1ədəd divan və 1 p.m elektrik kabeli yanıb. Ev yanğından mühafizə olunub.


Bütün hallarda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.