Sosial

Bakıda qadınlara qənim kəsilən xanım tutuldu

Metbuat.az

Bakıda 26 yaşlı qadın tutulub.



Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, saxlanılan şəxs pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir



Əməliyyat Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Vəfa Saməddin qızı Zeynalova müəyyən olunaraq tutulub. O, Arzu Nəsirovanın evini qarət etməkdə günahlandırılır.



Qeyd edək ki, yanvarın 20-də 05 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Arzu Nəsirovanın evindən 700 manat, 500 ABŞ dollar və qızıl-zinət əşyaları oğurlanıb.



Mənbə
ANS PRESS