Sosial

Bakıda qadına qarşı şiddətli zorakılıq

Metbuat.az

Bakıda 30 yaşlı qadının bıçaqlanması ilə nəticələnən qanlı hadisə baş verib. ANS PRESS-in məlumatına görə hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Xəlilova Aygün Şahmar qızı aldığı bıçaq xəsarəti ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Yaralı dərhal məliyyat olunub və hadisə barədə polisə məlumat verilib.



Məlum olub ki, Aygün Xəlilova yaşadığı Mehti Hüseynzadə küçəsi 16 ünvanında tanışı Anar adlı şəxsin hücumuna məruz qalıb. Qonşuların sözlərinə görə, bir müddətdir ki, zərərçəkən həmin ünvanda kirayə yaşayır. Onların dediklərinə inansaq, Anarın həmin xanımla qeyri rəsmi münasibəti olub. Elə ehtimal da olunur ki, hadisə qısqanclıq zəminində baş verib.



Faktla bağlı araşdırmalar davam edir.

Mənbə
ANS PRESS Ruslan Eldaroğlu