Sosial

Bakıda qadın maşın qaçırdı

Metbuat.az

Bakıda qadın maşın qaçırıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonu ərazisində baş verib.



Belə ki, martın 27-nə keçən gecə Nərimanov rayonunun Z.Bünyadov prospektindən Bakı şəhər sakini Anar Cəfərova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.



Məlumat daxil olan kimi Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsi əməkdaşları əməliyyat keçirib.



Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Aynur Aşurova saxlanılıb.



Faktla bağlıaraşdırma aparılır.

Mənbə
ANS PRESS