Sosial
Bakıda piyadanı vurub qaçan xanım sürücü saxlanılıb
“Report”
Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də Şəms Qurbanovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Səbinə Baxenova tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.