Sosial

Bakıda nəvə nənəsini soydu

Metbuat.az

Bakının Nizami rayonunda nənəsinin evini qarət edən gənc saxlanılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, əməiyyat Nizami rayon Polis İdarəsi 23-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilib.



Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 19 yaşlı İlkin Paşayev tutulub.



Onu martın 22-də Gülbacı Sadıqovanın evindən qızıl əşyalar oğurlamaqda günahlandırılır.



Qeyd edək ki, İlkin Paşayev qarət etdiyi evdə yaşayır. O, Gülbacı Sadıqovun nəvəsidir.



Faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS