Sosial

Bakıda NATO kursları başlayıb

Metbuat.az

[ 04 Mart 2015 16:17 ]


Bakı. Ağa Cəfərli - APA. Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Almaniyada yerləşən Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən kurs başlayıb.

APA-nın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssisləri üçün şəxsi heyətin birgə axtarış və xilas edilməsində iştirakına, o cümlədən bu sahədə fəaliyyətlərin təkmilləşdirilərək NATO standartlarına uyğunlaşdırılmasına dair təqdimatların verilməsi nəzərdə tutulub.

Təlim martın 6-dək davam edəcək.