Sosial
Mənbə
ANS PRESS
Bakıda maskalı şəxslər qadının evinə soxuldular
Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib. Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın ANS PRESS-ə verdiyi məlumata görə, hadisə gecə saat 4 radələrində Balaxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Naizə Məmmədovanın evi qarət ediblər. Evə soxulan şəxslər qadını hədələyərək evdə olan pulu və dəyərli əşyaları aparıblar.
Hadisədən sonra Nazilə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edilib.
Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməindən ANS PRESS-ə verilən məlumata görə, hazırda quldurluq törədən şəxslərin kimliyi araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS