Sosial
Bakıda maşın işıq dirəyinə çırpılaraq yanıb, yaralanan var
Bakı. 31 mart. REPORT.AZ/ Gecə saatlarında Bakının Nərimanov rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılaraq yanğın hadisəsi baş verib.
"Report" xəbər verir ki, yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.
Avtomobildə olan sərnişin aldığı bədən xəsarətlərindən yanğınsöndürənlər tərəfindən Təcilli Tibbi Yardım Xidmətinə təhfil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.