Sosial
Bakıda liftdə köməksiz vəziyyətdə qalan 2 şəxs xilas edilib
Bakı. 22 mart. REPORT.AZ/ Bakının Xətai rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
"Report"un
Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, hadisə yerinə dərhal cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 19:55-də başa çatıb.