Sosial
Bakıda kriminal aləmə meyilli olan daha bir nəfər saxlanılıb
Bakı. 30 mart. REPORT.AZ/ Bakıda kriminal aləmə meyilli olan daha bir nəfər şəxs saxlanılıb. "Report"
Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayon sakini Ceyhun Quliyev tutulub. O, Nəsimi rayonunun A.Mustafayev küçəsində Quba rayon sakini Dəyanət Məmmədova və İsmayıllı rayon sakini Toğrul Həsənliyə zor tətbiq edib mobil telefonlarını əllərindən almaqda şübhəlıi bilinir.
Qeyd edək ki, C.Quliyev əvvəllər müxtəlif cinayətlər törətdiyi üçün dəfələrlə məhkumluq həyatı yaşayıb. Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq davam edir.