Bakıda it üstündə boğuşma (VİDEO)
Paytaxt sakini tanışı tərəfindən döyüldü.
ANS TV-nin məlumatına görə, gecə saatlarında 3 Saylı Şəhər Xəstəxanasına təcili tibbi yardım maşını bir nəfər şəxs gətirilib. Aydın olub ki, döyülmə diaqnozu əsasında gətirilən bu şəxs 2-ci Zabrat qəsəbəsi Əzizbəyov 17 ünvanında yaşayan Səlimxan Valehovdur.
Hadisə barədə Sabunçu rayon Polis İdarəsinə məlumat verilib. Zərərçəkmiş ifadəsində qonşuluqda yaşayan Vidadi adlı şəxs tərəfindən döyüldüyünü bildirib.
Səlimxan Valehovun sözlərinə görə, qonşusu Vidadi onların həyətində it boğuşdurub. Zərərçəkmişin onun bu hərəkətinə etiraz etməsi isə ona bir az ağır başa gəlib. Sonu davaya çevrilən mübahisə zamanı Vidadi yumruqla Səlimxan Valehovun sifət nahiyəsinə xəsarətlər yetirib.
Xəstəxanadan bildirilib ki, hazırda zərərəçəkmişin vəziyyəti normaldır.
Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsində araşdırmalar aparılır.
ANS TV