Sosial

​Bakıda hündürmərtəbəli binada yanğın olub, saxinlər təxliyə edilib

Metbuat.az

Bakı. 31 mart. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindən 28-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli və birinci mərtəbənin girişində 6 kv.m sahədə məişət tullantıları yanıb. “Report”un xəbərinə görə, bu barədə

Fövqəladə Hallar Nazirliyi

nin (FHN) rəsmi saytı məlumat yayıb. Yanğın zamanı binadan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.