Sosial

Bakıda hələ də alıcıları aldadan marketlər var

Metbuat.az

Əsassız qiymət artımının qarşısı alınıb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən

Trend

-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində

Telman Pənahov

a məxsus “Ruslan 93” marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə nəzarət-kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.



Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb. İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.



Milli.Az