Bakıda Gürcüstan vətəndaşını zorladılar
Bakının Qaradağ rayonunda 22 yaşlı qız zorlanma ilə bağlı polisə şikayət edib.
ANS PRESS-in məlumatına görə, hadisə Müşviq qəsəbəsində mənzillərin birində qeydə alınıb.
Bu barədə Gürcüstan vətəndaşı olan, əslən azərbaycanlı 22 yaşlı Q.B. şikayət ərizəsilə 10-cu polis öblməsinə müraciət edib. Müraciətdə bildirilir ki, onu 1992-ci il təvəllüdlü X.F.-dır.
Şikayət əsasında həmin şəxs bölməyə dəvət olunub. Onun izahatı alınıb.
Barəsində səslənən şikayəti qəbul etməyən X.F. bildirib ki, qızla uzun müddətdir tanışdır. Bu tanışlıq sonradan daha da dərinləşib. Lakin qızı zorlamayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki son vaxtlar Bakıda zorlanma ilə bağlı şikayətlər çoxalıb. Bir neçə gün bundan öncə Nəsimi rayonunda zorlanma ilə bağlı şikayət daxil olmuşdu. Şikayət edən gənc xanım Şəhla (ad şərtidir) bildirib ki, tanışının mənzilində zorlanıb. Qız deyib ki, tanışı onunla məcuri cinsi əlaqədə olub.
Şikayətdən sonra həmin şəxs polis bölməsinə çağırılıb və araşdırma aparılıb.
Araşdırmalar zamanı məlum olub ki, hadisə əslində şikayətçi bildirdiyi kimi olmayıb.
Bakıda qız zorlandı?"
Mənbə
ANS PRESS