Sosial
Fövqəladə Hallar Nazirliyi
Bakıda geyim və kompüter mağazaları yanıb
Bakı. 28 mart. REPORT.AZ/ Bakının Nərimanov rayonu ərazisində yanğın hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə nəticəsində beşmərtəbəli binanın altında yerləşən geyim və kompüter mağazaları yanıb.
Fövqəladə Hallar Nazirliyi
nin üç yanğınsöndürən maşını hadisə yerinə cəlb olunub.
Yanğının hansı səbəblərdən baş verdiyi, hələ ki, məlum deyil.