Sosial
Bakıda gənc qadın özünü yaşadığı mənzilin eyvanından atmaq istəyib
Bakı. 19 mart. REPORT.AZ/
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda bir nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub. “Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyatı qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, gənc qadın özünü yaşadığı mənzilin eyvanından atmaq istəyir. Xilasedicilər həmin mənzilə daxil olub, suisidentlə müvafiq danışıqlar aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək yaxalayıblar. Xilasetmə əməliyyatı saat 12:02-də başa çatıb.