Sosial

​Bakıda gəmidə yanğın olub

Metbuat.az

Bakı. 27 mart. REPORT.AZ/ Bakı şəhərinin Qaradağ rayonunda gəmidə yanğın baş verib. “Report”

Fövqəladə Hallar Nazirliyi

nin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, kəsilməkdə olan ümumi sahəsi 3000 kv.m gəminin göyərtəsi, gəminin idarəetmə otağı və kayutaların yanar konstruksiyaları 300 kv.m sahədə yanıb. Gəminin qalan hissəsi və yaxınlıqdakı digər gəmilər yanğından mühafizə olunub. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.