Sosial

Bakıda falçını öldürdülər (VİDEO)

Metbuat.az

Bakının Səbail rayonunda dəhşətli qətl hadisəsi törədilib.



ANS TV-nin məlumatına görə, hadisə Səbail rayonu, İçərişəhər ərazisində Firdovsi küçəsi 5 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayə götürdüyü ofisdə baxıcılıqla məşğul olaq 1970-ci il təvəllüdlü əslən Lerik rayonundan olan Talıbov Mirtahir Ağagül oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Aldığı bıçaq xəsarətləri Mirtahir Talıbovun elə hadisə yerində ölməsinə səbəb olub.



Hadisən törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Mənbə
ANS-TV