Sosial

Bakıda əcnəbini qarət etdilər

Metbuat.az

Bakıda Avstraliya vətəndaşına qarşı soyğunçuluq törədilib.



ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 7-də Avstraliya vətəndaşı Dunlop Anryuv Rolandın soyğunçuluq yolu ilə 150 manatı və sənədləri alınıb.



Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Yevlax rayon sakini Namaz Bəkirov tutulub.



Qeyd edək ki, N.Bəkirov əvvəllər məhkumluq həyatı yaşayıb.

Mənbə
ANS PRESS