Bakıda daha bir qadın plastik əməliyyatın qurbanı oldu - VİDEO
Afət Baxışova ayağını itirə bilər
Qeyri-peşəkar plastik cərrahiyə cəmiyyət üçün təhlükəyə çevrilib. ANS TV-nin məlumatına görə, son 5 ildə Azərbaycanda 30 minə yaxın insan plastik cərrahların qapısın döyüb. İnsanlar televiziyada gördükləri şou-biznes nümayəndələrini, Hollivud aktrisalarını özlərinə ideal seçirlər. Onlara bənzəmək üçün kosmetoloq və cərrahlara müraciət edənlər isə bəzi hallarda mövcud olan gözəlliklərini, hətta həyatlarını itirirlər.
Bir neçə gün əvvəl 18 yaşlı tələbə də belə bir əməliyyatın qurbanı oldu. Burnundan plastik əməliyyat olmaq istəyən
Mürsəlova Leyla Namiq qızıəməliyyat zamanı dünyasını dəyişdi. Hazırda əməliyatın keçirildiyi klinikanın fəaliyyəti müvəqqəti dayandırılıb və faktla bağlı araşdırmalar aparılır. Amma nə araşdırmalar, nə də acı sonu nəzərə almayan yaxınlarının peşmanlığı gənc qızı geri qaytarmayacaq. Ehtiyac oldu-olmadı əməliyyata müraciət etmək istəyənlər isə bundan nəticə çıxara bilərlər.
Plastik əməliyyatlara insanları gözəlləşmək istəyi aparır. Xüsusilə gənclər arasında bu, daha geniş yayılıb. Məsələn, dünyada 45-50 yaşdan sonra istifadə olunan botoks əməliyyatlarına ölkəmizdə daha çox gənclər müraciət edir. Əksər halda salonlarda həyata keçirilən bu əməliyyatlar isə orqanzim üçün çox təhlükəli olur. Ayağına gel vurdurub az qala bütün orqanlarını itirmək təhlükəsilə üz-üzə qalan Afət xanım kimi.
Plastik əməliyyat keçirən
Afət Baxışovadeyir ki, belə getsə, onun ayağı amputasiya olunacaq. Belə ki, qadın ayağından əməliyyat olunub. Əməliyyatdan sonra onun ayağında balaca qızartı olub. Beş ay ərzində isə bu qızartı şişə çevrilib. İndi o, ağrıdan gəzə bilmir. Həkimlər isə qadının ayağında yad cisimin olduğunu və onu çıxarmağın mümkün olmadığını deyirlər.
Hazırda ölkədə az qala on nəfərdən beşi plastik əməliyyat etdirmiş şəxsdir. Müraciət edənlərin əksəriyyəti burun formalarıdan narazı olanlar, ya da qonşudan qalma geri prisipinə əsaslanaraq özünü işə salanlardır. Psixoloqlar bunun çox böyük təhlükə hesab edirlər.
Psixoloq
Elmir Əkbərplastik əməliyyat etdirmə istəyinin çox vaxt daxili natamamlıq kompleksindən irəli gəldiyini deyir. Psixoloq düşünür ki, natamamlıq kompleksi insanın simasını əməliyyat etdirməklə aradan qalxa bilməz.
Daxili narahatlığını simasındakı və ya bədənində ki, hər hansısa qüsuru aradan qaldırmaqla sakitləşdirə biləcəyini hesab edənlər isə əksər vaxtlarda yanılırlar. Çünki əməliyyatdan sonra yaranan kiçik bir uğursuzluq sonradan böyük psixoloji problemlərə səbəb ola bilir. Simanın eybəcərləşməsilə yanaşı bu, ciddi fəsadlar da törədir.
Plastik cərrah
Dilqəm Məhərrəmovisə bildirir ki, əməliyyatdan sonra ən çox rast gəlinən problemlərdən biri də göz qapağının funksiyasının müəyyən qədər itirməsi, açıq qalması və normal bağlanmamasıdır. Bu zaman göz yaşının göz kənarından axması kimi şikayətlər ola bilir. Çünki göz qapaqlarına müdaxilə olunub və ordakı piylər götürülüb. Buna boş göz sindromu deyilir ki, insanın estetik gözəlləşməyi yox, əksinə insanın estetik gözəlliyini müəyyən qədər itirməsinə səbəb ola bilər.
Ekspertlər ölkədə plastik cərrahiyyə sahəsində hüquqi boşluqların olduğunu düşünürlər. Xarici təcrübədən yararlanmağı vacib sayan həkim
Adil Qeybullaəməliyyatdan qabaq həmin şəxsin bir sıra müayinələrdən keçməsini məsləhət görür.
Hər halda məqsəd gözəlləşməkdirsə, onun törədə biləcəyi fəsadları da nəzərə almalısınız. Gözəllik qurban tələb edə bilər, amma həyatı sağlam yaşamaq daha gözəldir.
Milli.Az