Sosial

Bakıda bayram günləri bağlı olacaq küçələr - SİYAHI

Metbuat.az

Bakıda bayram günləri bəzi küçələr bağlanacaq. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Milli.Az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti asfalt örtüyünün yenilənməsi məqsədilə bayram günlərində (22-28 mart) Mehdi Hüseyn, Şeyx Şamil və Bünyad Sərdarov küçələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaqdır.



Sürücülərə alternativ olaraq Teymur Elçin küçəsindən istifadə etmələri tövsiyə olunur.



Gülər
Milli.Az