Mədəniyyət

Bakıda Azərbaycan və Tacikistan musiqiçiləri maraqlı konsert proqramı ilə çıxış edib

Metbuat.az

Bakı, 13 mart, Zərəngiz Mansurova,

AZƏRTAC

Martın 13-də Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan və Tacikistan musiqiçiləri maraqlı konsert proqramı ilə çıxış edib.


AZƏRTAC

xəbər verir ki, azərbaycanlı xanəndələrin ifasında “Şur” muğamı və Tacikistan “Makam” Akademiyası musiqiçilərinin ifasında rəngarəng ifalar səsləndirilib.


Konsertdə Azərbaycanın xalq artisti Zabit Nəbizadə, əməkdar artist Elnarə Abdullayeva, tacikistanlı Abdulvali Abdulraşidov, Ozoda Aşurova, Nəsibə Omonboyeva və başqalarının ifaları sürəkli alqışlarla qarşılanıb.