Sosial
Bakıda avtomobil qaçıran qadın saxlanılıb
Bakı. 29 mart. REPORT.AZ/ Bakıda avtomobil qaçıran qadın saxlanılıb. "Report"
Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nərimanov rayonunun Z.Bünyadov prospektindən Bakı şəhər sakini Anar Cəfərova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb. Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Aynur Aşurova saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar aparılır.