Sosial

Bakıda alıcıları aldadan uşaq geyimləri mağazası var

Metbuat.az

Azərbaycan, Bakı, 19 mart /Trend/

İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınır.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata götə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılam nəzarət tədbirləri zamanı Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən “Uşaq Aləmi” MMC-yə məxsus uşaq geyimləri mağazasında malların nəzarət-kassa aparatının yaddaşında olan qiymətləri ilə yarlığında göstərilən qiymətləri arasında fərq yaratmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az