Sosial

Bakıda adam vuran qadın tutuldu

Metbuat.az

Bakıda qəza törədən qadın tutulub.



ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Suraxanı rayon Polis İdarəsi əməkdaşları tərəfidən keçirilib.



Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də Şəms Qurbanovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü müəyyən edilib.



Qəzanın “Ford” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Səbinə Baxenova tərəfindən törədilməsi müəyyən edilib. Əməliyyat nəticəsində Səbinə Baxenova saxlanılıb.



Faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS