Sosial

Bakıda 4 avtomobil toqquşub

Metbuat.az

Bakı. 30 mart. REPORT.AZ/ Yasamal rayonu Şərifzadə küçəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, üç "Mersedes" və bir "Toyota" markalı nəqliyyat vasitəsi toqquşub.


Hadisə zamanı əvvəlcə Tural Hidayətov idarə etdiyi "Mersedes" markalı nəqliyyat vasitəsi işiqforun qırmızı işığında dayanan Ramiz Əlirzayevə məxsus eyni markalı avtomobillə toqquşub. Daha sonra isə bu nəqliyyat vasitələri "Toyota" və Intiqam Qarayevə məxsus başqa bir "Mersedes" markalı avtomobillərə çırpılıb.


Hadisə yerinə Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Qəza törədən sürücülərin izahatları alınandan sonra hadisəyə hüqqi qiymət veriləcək.