Sosial

Bakıda 32 illik bina təhlükəli vəziyyətdədir - VİDEO

Metbuat.az
Yerli icra orqanları rəsmiləri problemin həll olunacağını bildirir

Bakının Xətai rayonu, Gəncə prospekti, 27 ünvanında yaşayan sakinlər binanın baxımsızlığından narazıdırlar. Burada problem nə birdir, nə də iki. İlk əvvəl sakinlər onlar üçün hər an təhlükəli olan blokun girişindən şikayətlənirlər. Deyirlər ki, girişin günlüyü hər an uça bilər. Günlüyə toxunmaq yetər ki, buradakı təhlükənin şahidi olasan. Bundan əlavə, sakinlərin sözlərinə görə, binanın iki bloku istilik sistemindən istifadə edə bilmir. Yəni sistem olsa da, istilik mənzillərə gəlib çıxmır.



Milli.Az-ın

anspress

-ə istinadən məlumatına görə, şikayətçilər binanın həyətyanı sahəsində işıq dirəklərinin yoxluğundan da giley edirlər. Gecə hər an burada oğurluq hadisəsi qeydə alına bilir. Əlavə olaraq binanın 9-cu mərtəbəsindəki dam örtüyü də çöküb. Buna görə də yağış yağdı - sel suları binanın dəhlizində damcılayır.



İstilik sisteminin işləyib-işləməməsini yoxlamaq üçün sakinlərlə bərabər yaxınlıqdaki istilik məntəqəsinə üz tutduq. Məntəqədə çalışanlar bizi görcək temperaturu göstərdilər. Daha sonra içəri daxil olan sakinlər çölə çıxarıldılar və tərəflərin sözü bir-birinin boğazından keçmədi, mübahisə başladı.



Problemlə bağlı Xətai Rayon İcra Hakimiyyətinin mənzil kommunal təsərüffat birliyinin şöbə müdiri

Sahib Babayev

bildirdi ki, sözügedən bina 1983-cü ildə istifadəyə verilib. Ona görə də problemlərin kompleks həlli üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.



“Hazırda binanın günlüyünün bəzi yerlərində çatlar var. Artıq bununla bağlı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə maraciət olunub. Maliyyə vəsaiti ayrıldığı zaman bu məsələlər mərhələli şəkildə həll ediləcək”, – deyə Sahib Babayev vurğulayıb.



Bundan başqa, şöbə müdiri onu da əlavə etdi ki, ərazidə istilik sisteminin tam təmin olunması üçün yeni qazanxana tikilib, bu il istifadəyə veriləcək.



Qaldı ki, işıq dirəklərinin qurulmasına qurum rəsmisi bu problemin tezliklə həll olunacağına da bizi əmin etdi.



Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.