İqtisadiyyat

Bakı və Abşeronda radiomonitorinq işləri aparılıb

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) Bakı şəhəri və Abşeron yarımadası ərazisində radiomonitorinq işləri aparıb.


DRİ-dən

AZƏRTAC

-a verilən məlumata görə, radiomonitorinq RYTN ilə razılaşdırılmış qrafikə uyğun olaraq, Radiomonitorinq şöbəsinin mütəxəssisləri tərəfindən Bakı “Teleqüllə”sindən yayımlanan TV və FM proqramlarının yaratdığı elektromaqnit sahə gərginliyinin ölçülməsi məqsədilə həyata keçirilib.