Sosial

Bakı Metropoliteninin yeni stansiyaları nə vaxt işə düşəcək?

Metbuat.az

"Bakı Metropoliteni" QSC "bənövşəyi xətt"in ilk iki - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarını 2015-ci ilin sonuna istismara verməyi planlaşdırır. Bunu

Trend

-ə QSC-nin mətbuat xidmətinin rəhbəri

Nəsimi Paşayev

deyib.



Onun sözlərinə görə, hazırda lazımi avadanlığın quraşdırılması və stansiyaların abadlığı üzrə iş gedir: "Plana əsasən, stansiyalar bu ilin sonuna açılacaq".



Qeyd edək ki, "bənövşəyi xətt" 12 stansiyadan ibarət olacaq.



Milli.Az