Sosial

Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir

Metbuat.az
“Sərnişin sıxlığı müşahidə olunacağı günlərdə xəttə 200-dən artıq əlavə nəqliyyat vasitəsi çıxarılacaq”

Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejimində işləyəcək.



Bunu

APA

-ya Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi

Məhəmməd Abdullayev

bildirib.



M.Abdullayevin sözlərinə görə, gücləndirilmiş iş rejiminə mart ayının 16-da keçiləcək və 28 mart tarixinə kimi davam edəcək.



“Sərnişin sıxlığı müşahidə olunacağı günlərdə xəttə 200-dən artıq əlavə nəqliyyat vasitəsi çıxarılacaq”, - deyə M.Abdullayev bidirib.



Qurum rəsmisinin sözlərinə görə, adi günlərdə Bakı Beynəlxalq Avtovağzalından 7 500 - 9 000 sərnişin yola salınırdısa, bayram ərəfəsində 600-dən artıq nəqliyyat vasitəsinin yola salınması və 15 000-ə qədər sərnişin daşınması nəzərdə tutulur.



Milli.Az