Sosial
Milli.Az
Bakı Ali Neft Məktəbində Novruz bayramı qeyd olundu - FOTO
Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunmuş tədbir keçirilib
Tədbirdə BANM-in rektoru, professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.
BANM İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, tədbiri açan BANM-in rektoru
Elmar QasımovNovruz bayramı münasibətilə Azərbaycan xalqını, professor-müəllim heyətini, əməkdaşları və tələbələri təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Tədbirdə Novruz adət-ənənələri barədə ətraflı məlumat verilib. Daha sonra tələbələr bayrama həsr olunan musiqili kompozisiyaları nümayiş edib, nəğmələr oxuyub və rəqslər ifa ediblər.
Milli.Az