Mədəniyyət

“Baharın səsi” mövzusunda tədbir keçirilib

Metbuat.az

Bakı, 18 mart, Z.Mansurova,

AZƏRTAC

Martın 18-də Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və qurumun tarixi muzeyinin birgə təşkilatçılığı ilə “Baharın səsi” adlı tədbir keçirilib.


AZƏRTAC

xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru Alla Bayramova, xalq rəssamı Arif Hüseynov və başqaları Novruz bayramından və milli adət-ənənələrimizdən söhbət açıblar.


Tədbirdə Bakı Uşaq Teatrının “Günay” uşaq studiyasının üzvləri Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından parçalar və milli rəqslərimizi ifa ediblər.


Tədbir çərçivəsində muzeyin foyesində “DA-ART” təsviri incəsənət muzeyinin gənc rəssamlarının əl işləri sərgilənib.