Sosial

Babək prospekti yenə niyə bağlanır? - VİDEO - FOTO

Metbuat.az

Aparılan genişləndirilmə, dönmə əməliyyatı üçün yeni salınan hissə, o cümlədən hərəkət istiqamətinin dəyişdirilməsinə baxmayaraq Bakının Babək prospekti ilə Yusif Səfərəliyev küçəsinin kəsişməsində sıxlıq yenə də qalmaqdadır. Həyata keçirilən bu işlər sıxlığın aradan qaldırılmasına hesablansa da, hələ ki, sıxlıq tam aradan qalxmayıb.



Aparılan bu işlərdən əvvəl Babək prospektinin tez-tez bağlanması ilə rastlaşırdıq. Bu işlər həmin hissədə hərəkətin tənzimlənməsinə xidmət edəcəkdisə, niyə yenə də Babək prospekti bağlanır?



Problemlə bağlı sorğumuza cavab verən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi

Pünhan Mürsəliyev Trend

-ə bildirib ki, yol göstəriciləri, yol nişanları, üfüqi nişanlanma xətlərinin tələblərinə nə vaxta qədər əməl olunmayacaqsa, həmin ərazidə sıxlıq problemi həmişə baş verəcək. Onun sözlərinə görə, vaxtında bunun qarşısı alınmasa, yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmazdır: "O ki qaldı, Babək prospektinin müxtəlif saatlarda bağlanması məsələsinə, yolun bağlanması məqsədəuyğun deyil. Babək prospekti bağlanmaqla həmin sürücülər tünelə istiqamətləndirilir ki, nəticədə tıxac yaranır. Tıxacın bir hissəsi Babək prospektində, digər bir hissəsi isə Yusif Səfərəliyev küçəsinə gedib çıxır. Ona görə də onun bağlanmasına ehtiyac yoxdur. Sürücü yol nişanını görmürsə, onda avtomobili necə idarə edir? Hər bir sürücü yol nişanlarını görməyə borcludur".



P.Mürsəliyev deyib ki, Heydər Əliyev prospektinə gedən yolun bağlanması düzgün addım deyil: "Bu, həm sürücünün hüququnu pozur, həm də yenidən sıxlığın yaranmasına səbəb olur"



Milli.Az






Videonu izləmək üçün şəkilə klikləyin.