İqtisadiyyat

“AzFinance İnvest” “Listinq Məsləhət Proqramı” üzrə Kollektiv Sazişə qoşulub

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

Broker şirkəti olan “AzFinance İnvest” MMC “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə qoşulub.


Bakı Fond Birjasından (BFB)

AZƏRTAC

-a bildiriblər ki, sazişə əsasən, tərəfdaş şirkət LMP çərçivəsində BFB-yə müraciət etmiş emitentlərə kapital bazarından maliyyələşmə istiqamətində ödənişsiz tövsiyə və təlim xidmətləri təqdim edir.


LMP layihəsinin hazırda 11 tərəfdaşı var.


Qeyd edək ki, Listinq Məsləhət Proqramı “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi və BFB-nin müvafiq strategiyasına uyğun həyata keçirilir.